
“Qarabağ” Konfrans Liqasında daha çox irəliləyə bilər”.
Sportnet.az xəbər verir ki, bunu "report"a açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Simeon Slavçev Azərbaycan təmsilçisinin UEFA Konfrans Liqasındakı şansları barədə danışarkən deyib.
2018-2019-cu illərdə Ağdam klubunun formasını geyinmiş bolqarıstanlı yarımmüdafiəçi keçmiş komandasının pley-off mərhələsindəki rəqibi olan Belçika “Gent”ini üstələyəcəyini düşünür: “Qarabağ” bu mərhələyə qədər təsadüfi gələn komanda deyil. İlk oyun və nəticə göstərdi ki, bu klub daha da irəliləmək gücündədir. Bu cütlükdə təbii ki, “Qarabağ”a azarkeşlik edirəm. İnanıram ki, Qurban Qurbanovun komandası təkcə “Gent”i keçməklə kifayətlənməyəcək”.
Qeyd edək ki, “Qarabağ”la “Gent” arasında Bakıda keçirilən ilk oyunda Ağdam klubu 1:0 hesablı qələbə qazanıb. Cavab qarşılaşması fevralın 23-də Gentdə baş tutacaq.