İngiltərə "Arsenal"ı futbolçusu Bukayo Saka ilə müqaviləni uzadacaq.
Sportnet.az-ın məlumatına görə, bu barədə italiyalı insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.
O, tərəflərin yeni sözləşmə ilə bağlı razılığa gəldiklərini bildirib. 22 yaşlı yarımmüdafiəçi ilə 2028-ci ilin yayınadək müqavilə imzalanacaq.
Qeyd edək ki, Bukayo Saka İngiltərə millisinin də aparıcı üzvüdür.