"Qarabağ"ın daha bir futbolçusu avrokuboklarda cəzalı duruma düşüb.
Sportnet.az-ın məlumatına görə, Julio Romao Belçikada "Gent"ə qarşı keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda sarı vərəqə görüb. Bu, onun qrup mərhələsindən etibarən 3-cü xəbərdarlığı olub.
"Köhlən atlar" 1/8 finala adlayacağı halda, braziliyalı yarımmüdafiəçi ilk matçda meydana çıxa bilməyəcək.
-------------------------------
"Qarabağ"ın futbolçusu Marko Veşoviç avrokuboklarda cəzalı duruma düşüb.
Sportnet.az-ın məlumatına görə, buna monteneqrolu sağ cinah müdafiəçisinin Belçikada "Gent"ə qarşı keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda sarı vərəqə görməsi səbəb olub. Bu, 32 yaşlı oyunçunun qrup mərhələsindən etibarən 3-cü xəbərdarlığıdır.
"Köhlən atlar" "Gent" səddini adlayacağı halda Veşoviç 1/8 finalın ilk matçını buraxmalı olacaq.
Qeyd edək ki, hazırda qarşılaşmada ilk hissə oynanılır və hesab açılmayıb.