
“Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçikanın “Gent” klubuna məğlub olaraq avrokuboklarla vidalaşmaları ilə bağlı paylaşım edib.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan millisinin müdafiəçisi instaqram səhifəsində Ağdam təmsilçisinin kollektiv şəklini paylaşaraq, getdikcə daha güclü olacaqlarını yazıb.
26 yaşlı oyunçu növbəti mövsüm avrokuboklarda daha uğurlu çıxış edəcəklərini vurğulayıb: “Bu son deyil. Biz daha güclü qayıdacağıq”.
Qeyd edək ki, “Qarabağ”la “Gent” arasında keçirilən hər iki oyunda meydan sahibi 1:0 hesablı qələbə qazandığından, penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan belçikalılar (5:3) mübarizəni davam etdiriblər.