
Fransa millisinin və PSJ klubunun futbolçusu Presnel Kimpembe zədə səbəbindən mövsümü başa vurub.
Sportnet.az məlumatına görə, bu barədə Paris təmsilçisinin baş məşqçisi Kristofer Qaltye mətbuat konfransında bildirib.
57 yaşlı mütəxəssis Kimpembenin dabanında şiddətli ağrılar hiss etdiyini söyləyib.
Qeyd edək ki, 28 yaşlı müdafiəçi zədə səbəbindən 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında iştirak edə bilməyib. O, cari mövsüm PSJ-də 15 oyunda meydana çıxıb.