"Bu matça kimi məğlubiyyət seriyamız var idi. Bu da komandada gərginlik yaradırdı. Oyundan razıyıq. Çox keyfiyyətli oyun nümayiş etdirdik. Rəqibə qol fürsəti yaratmağa imkan vermədik".
Sportnet.az xəbər verir ki, bu sözləri "Sabah"ın məşqçisi Artur Olenin Misli Premyer Liqasının 25-ci turunda "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında deyib.
"Müdafiədə rotasiya Abdullaye Ba və Bəxtiyar Həsənalızadənin zədəli olması səbəbindən həyata keçirilib. Uzun müddətdən sonra Zurab Oçiqava meydana qayıdıb. Digər vəzifələrdə rotasiyaya gəldikdə, məşqdə özlərini sübut edənlərə şans verildi " - deyə o bildirib.
Olenin cəza səbəbindən texniki zonada olmayan M.Musayevin yoxluğunda komandanı oyuna kökləməyin çətin olub-olmadığı ilə bağlı söyləyib: "Oyuna kökləmək məndən asılı deyil. Bu, baş məşqçi və futbolçulardan asılıdır. Murad Musayev həftə ərzində bizimlə birlikdə olur. Oyun vaxtı da lazımi göstərişləri verir".