
AFFA Hakimlər Komitəsi FIFA dərəcəli referi Əliyar Ağayevi cəzalandırıb.
Sportnet.az-ın əldə etdiyi məlumata görə, buna 36 yaşlı baş hakimin Qəbələdə eyniadlı komandanın "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəldiyi Misli Premyer Liqasının XXIII tur oyunundakı idarəçiyili səbəb olub.
Sözügedən qarşılaşmada bəzi mübahisəli epizodlar olsa da, Ağayev VAR-a müraciət etməyib. Nəticədə təcrübəli referi 5 oyunluq diskvalifikasiya edilib.
İddiaya görə, o, Hakimlər Komitəsi "Olimpiakos" və AEK komandaları arasında keçiriləcək Yunanıstan Kubokunun yarımfinal mərhələsinin cavab oyunu da idarə etməyəcək. Hakimlər Komitəsi cəza səbəbindən Ağayevi səfərə göndərməməyə qərar verib.
Qeyd edək ki, "Olimpiakos" - AEK oyunu ölkədəki qatar qəzasına görə təxirə salınıb.