
"Antverpen"in müdafiəçisi Tobi Alderveyreld Belçika millisindəki karyerasını başa vurub.
Sportnet.az xəbər verir ki, 35 yaşlı müdafiəçi bu barədə sosial şəbəkə hesabında yazıb. Alderveyreld Belçika millisində 127 oyuna 5 qol vurub, 12 qol ötürməsi edib. O, “Ayaks”, “Atletiko”, “Sauthempton” və “Tottenhem”də də çıxış edib.
Qeyd edək ki, Belçika millisi Avro-2024-ün seçmə mərhələsində millimizlə brilikdə F qrupunda mübarizə aparacaq. Yığmamızın bu komanda ilə ilk oyunu sentyabrın 9-da Bakıda olacaq.