"Qarabağ"ın futbolçuları Marko Veşoviç və Marko Yankoviç növbəti dəfə Monteneqro millisinə çağırılıblar.
Sportnet.az xəbər verir ki, baş məşqçi Miodraq Raduloviçin Avro-2024-ün seçmə mərhələsində Bolqarıstan və Serbiya ilə matçlar üçün açıqladığı 27 nəfərlik siyahıda sözügedən oyunçuların da adları yer alıb.
Qeyd edək ki, Avro-2024-ün seçmə mərhələsində G qrupunda mübarizə aparan Monteneqro millisi martın 24-də səfərdə Bolqarıstanla, martın 27-də evdə Serbiya ilə qarşılaşacaq.