Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, bununla 1/4 finalın növbəti iştirakçıları bəlli olub
Gecənin ən maraq doğuran matçı Almaniyada gerçəkləşib. Fransadakı ilk görüşdə PSJ-yə 1:0 hesabı ilə qalib gələn "Bavariya" bu dəfə rəqibini məğlub edib - 2:0.
Digər görüşdə isə İtaliya "Milan"ı İngiltərədə "Tottenhem"lə münasibətlərinə aydınlıq gətirib. İlk görüşdə rəqibini 1:0 hesabı ilə məğlub edən İtaliya klubu səfərdə bu nəticəni qoruya bilib - 0:0.
UEFA Çempionlar Liqası
1/8 final, cavab oyunları
8 mart
00:00. "Bavariya" (Almaniya) - PSJ (Fransa) 2:0
Baş hakim: Daniele Orsato (İtaliya)
İlk oyun - 1:0
"Münhen Futbol Arenası".
00:00. "Tottenhem" (İngiltərə) - "Milan" (İtaliya) 0:0.
Baş hakim: Klemen Türpin (Fransa)
İlk oyun - 0:1
London, "Tottenhem Hotspur" stadionu.
Qeyd edək ki, daha əvvəl Portuqaliyanın "Benfika" və İngiltərənin "Çelsi" komandaları 1/4 finala vəsiqə qazanıblar.