PSJ-nin adı açıqlanmayan bir ulduz futbolçusu Çempionlar Liqasının 1/8 finalında "Bavariya" ilə cavab matçından öncə komandanın məşqinə sərxoş halda gəlib.
Sportnet.az xəbər verir ki, bu barədə jurnalist Romain Molina məlumat yayıb. O "Kaş ki, insalar nə baş verdiyini bilsələr" başlıqlı videosunda deyib: PSJ-nin məşhur bir futbolçusu "Bavariya" ilə oyun öncəsi məşqdə sərxoş idi. Buna baxmayaraq, baş məşqçi Kristof Qaltye həmin futbolçunu start heyətinə daxil etdi. Üstəlik, bu oyunçu cüməaxşamı və şənbə günü səhər də çöldə idi. Halbuki, şənbə günü axşam PSJ-nin "Nant" ilə oyunu var idi".
Qeyd edək ki, PSJ 1/8 finalda "Bavariya"ya hər iki oyunda uduzub - 1:0, 2:0.