Türkiyə "Konyaspor"u zədə səbəbindən Azərbaycan millisinin heyətindən çıxarılan Mahir Emrelinin son durumunu açıqlayıb.
Sportnet.az-ın məlumatına görə, 26 yaşlı hücumçunun qasıq nahiyyəsində ağrılarının olduğu bildirilib.
Qeyd olunub ki, təcrübəli forvard bir həftə fizioterapevt nəzarəti altında məşq edəcək.
Xatırladaq ki, Mahir Emreli "Konyaspor"un evdə "Qalatasaray"a 2:1 hesabı ilə qalib gəldiyi Türkiyə Super Liqasının XXVI tur oyununda zədələnib.