Türkiyə millisinin və "Beşiktaş"ın futbolçusu Tayyip Talha Sanuç yığmanın Avro-2024-ün seçmə mərhələsində Ermənistan və Xorvatiya ilə oyunlar üçün heyətindən çıxarılıb.
Sportnet.az xəbər verir ki, bu barədəTürkiyə Futbol Federasiyası məlumat yayıb. 23 yaşlı müdafiəçi zədə səbəbindən siyahıdan kənarlaşdırılıb.
Qeyd edək ki, Türkiyə millisi martın 25-də Ermənistanın qonağı olacaq, 3 gün sonra isə Xorvatiyanı qəbul edəcək.