"Tottenhem" klubunun futbolçusu Harri Keyn İngiltərə millisinin tarixinə düşüb.
Sportnet.az xəbər verir ki, 30 yaşlı hücumçu bunu AVRO-2024-ün seçmə mərhələsinin ilk turunda İtaliya yığması ilə görüşdə gerçəkləşdirib.
44-cü dəqiqədə penaltidən fərqlənən Keyn yığmanın bombardiri rekordunu ələ keçirib. Millinin heyətində 54-cü qolunu vuran təcrübəli forvard əvvəlki rekordçu Ueyn Runini (53 qol) geridə qoyub.
Qeyd edək ki, Harri Keyn 2015-ci ildən formasını geyindiyi İngiltərə yığmasında 81 matça çıxıb.