
UEFA maliyyə pozuntularına görə "Yuventus"u 2023/2024 mövsümündə avrokuboklardan kənarlaşdıracaq.
Sportnet.az xəbər verir ki, Turin təmsilçisi yeni mövsüm üçün vəsiqə qazandığı Konfrans Liqasından uzaqlaşdırılacaq. "Yuventus"u sözügedən turnirdə ötən mövsüm İtaliya A seriyasını 8-ci pillədə başa vuran "Fiorentina" əvəzləyəcək.
Nəşr yazıb ki, "Yuventus" 2024/2025 mövsümü üçün də eyni cəza ilə üzləşmək riskinin olmaması üçün UEFA-nın qərarı ilə razılaşacaq və CAS-a şikayət etməyəcək.
UEFA isə lisenziyalaşdırma və maliyyə feyr-pley qaydalarının potensial pozuntuları ilə bağlı işi bağlayacaq və artıq klubu bu məsələ ilə bağlı narahat etməyəcək.
Qeyd edək ki, ötən mövsüm 10 xalı silinən "Yuventus" A seriyasını 7-ci pillədə başa vurub.