"Kəpəz"in Bakıda keçirdiyi təlim-məşq toplanışı başa çatıb.
Sportnet.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Toplanış dövründə gündə iki dəfə məşq edən "sarı-göylər" fiziki və texniki-taktiki çalışmalara diqqət ayırıblar.
Komanda üzvləri iki günlük istirahətə buraxılıblar. Məşqlər iyulun 28-də Gəncədə bərpa olunacaq. İyulun 30-da Azər Məmmədovun komandası əvəzedicilərlə qarşılaşacaq.