Milli Məclisin bugünkü iclasında Qarabağda tikiləcək stadiona Qurban Qurbanovun adının verilməsi təklif olunub.
Sportnet.az xəbər verir ki, bu təkliflə deputat Fazil Mustafa çıxış edib.
"Dünən "Qarabağ"ın qələbəsini qeyd etdik, lakin Ağdam təmsilçisindən başqa heç bir komandamızı Avropaya çıxara bilmirik. Təklif edirəm ki, Qarabağda tikiləcək stadiona Qurban Qurbanovun adı verilsin".
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində "Braqa"nı üstələyərək (6:5) tarixində ilk dəfə 1/8 finala yüksəlib.