
"Maraqlı oyun alındı. Hər iki komanda yaxşı mübarizə apardı".
Sportnet.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin məşqçisi Arif Əsədov "FIFA series - Edition 2024" layihəsi çərçivəsində Bakıda təşkil olunan beynəlxalq turnirdə Bolqarıstan seçməsi ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis oyunçuların meydana istəkli çıxdıqlarını bildirib: "Bir neçə epizoddan yararlana bilmədik. Komanda iki görüşdə istədiyimizin 70 faizini verdi".
Əsədov hakimlər haqqında çox danışmaq istəməyib: "Sanki bəzi epizodlarda əleyhimizə qərar verildi. Belə hallar komandanı bərkidir. Bu qısa müddətdə istədiklərimi futbolçulara çatdırmaq əsas idi".
O, gələcəyə ümidlə baxdıqlarını vurğulayıb: "Yığmaya cəlb etdiyimiz yeni oyunçular da özlərini yaxşı tərəfdən göstərə bildilər".