
İspaniyanın "Real Madrid" klubu baş məşqçi Karlo Ançelottinin istefaya göndəriləcəyi ilə bağlı rəsmi bəyanat verib. Sportnet.az-ın İspaniya mətbuatına istinadən məlumatına görə, buna səbəb kimi "Kral klubu"nun bu mövsüm uğursuz çıxışı göstərilib.
Madrid təmsilçisi geridə qalan mövsümdə nə ölkə çempionatı, nə də İspaniya kubokunu qazana bilməyib. Bununla yanaşı Çempionlar Liqasının yarımfinal mərhələsinə adlayan "Real Madrid" "Yuventus"a məğlub olaraq finalın bir addımlığından geri dönüb.
Qeyd edək ki, Karlo Ançelottinin xidmətində maraqlı olan İtaliyanın "Milan" klubu "Real Madrid" nümayəndələri ilə baş məşqçinin müqaviləsini pozmağa dair razılıq əldə edib.
Qeyd edək ki, Karlo Ançelottinin xidmətində maraqlı olan İtaliyanın "Milan" klubu "Real Madrid" nümayəndələri ilə baş məşqçinin müqaviləsini pozmağa dair razılıq əldə edib.