
San-Marino şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir keçirilib. Yarışda Azərbaycan gimnastları uğurla çıxış edərək ümumilikdə 7 medal əldə ediblər.
Sportnet.az xəbər verir ki böyüklər yaş kateqoriyasında İlona Zeynalova, Gövhər İbrahimova, Zəhra Cəfərova, gənclərdə isə Şəms Ağahüseynova və Azadə Atakişiyeva ölkəmizi təmsil ediblər.
Birinci final günündə çoxnövçülük proqramında Zəhra Cəfərova (97.650 xal) və Azadə Atakişiyeva (93.884 xal) bürünc medal qazanıblar.
İkinci final günündə isə gimnastlarımız 5 medal sevinci yaşadıblar. Şəms Ağahüseynova top (23.917 xal) və lent (24.133 xal) proqramlarında qızıl medal əldə edib. Azadə Atakişiyeva gürzlərlə (25.000 xal) qızıl, halqa ilə (24.167 xal) gümüş medal qazanıb. Gövhər İbrahimova isə gürzlərlə (25.567 xal) bürünc medala sahib olub.