
III MDB Oyunlarında Şəki Olimpiya İdman Kompleksində gimnastika üzrə yarışlar bu gün də davam edib.
Sportnet.az xəbər verir ki, Azərbaycan gimnastı Azadə Atakişiyeva çoxnövçülükdə ikinci yeri tutub.
Bədii gimnastika üzrə komanda (Nur Sadıqova, Şəms Ağahüseynova, Fidan Qurbanlı və Azada Atakişiyeva) isə üçüncü yerə çıxaraq bürünc medala sahib olub.
Qeyd edək ki, bədii gimnastika üzrə yarışlara oktyabrın 8-də yekun vurulacaq.