Azərbaycan millisinin sabiq qapıçısı Dmitri Kramarenkonun qızı, bədii gimnastika üzrə Avropa çempionu Lalə Kramarenko Dünya Gimnastikasından neytral status alıb.
Sportnet.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
21 yaşlı gimnast 2024-cü ildə Rusiya çempionatında 5 qızıl medal qazanıb, həmçinin BRİKS Oyunlarında fərdi çoxnövçülük üzrə çempion olub. Həmin ilin yayında Kramarenko menisk zədəsi səbəbindən əməliyyat keçirib.
Qeyd edək ki, Lalə Kramarenko 2021-ci ildə komanda yarışlarında Avropa çempionu, həmçinin yeniyetmələr arasında üçqat dünya və Avropa çempionudur.












































































