1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Gimnastımızdan bürünc medal
Azərbaycan gimnastı Yelizaveta Luzan Bolqarıstanın Varna şəhərində bədii gimnastika üzrə beynəlxalq turnirdə bürünc medal qazanıb.
Sportnet.az Azərbaycan Gimnastika Federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, fərdi proqramda çıxış edən gənc idmançı lent ilə hərəkətlərə görə hakimlərdən 13.900 xal alaraq, fəxri kürsünün 3-cü pilləsinə yüksəlib. Gimnast çoxnövçülükdə 4-cü, halqa, top və gürzlərlə çıxışlarına görə isə 6-cı olub.
Azərbaycan millisinin digər fərdi gimnastı Məryam Səfərova isə çoxnövçülükdə 9-cu yerdə qərarlaşıb.
Qeyd edək ki, beynəlxalq turnirdə 15 ölkədən 200-ə yaxın gimnast iştirak edib.