1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Avroliqanın finalına görə çempionatın vaxtı dəyişdirildi
2019-cu ildə Bakıda keçiriləcək bədii gimnastika və aerobika üzrə Avropa çempionatının vaxtı dəyişdirilib.
Sportnet.az-ın məlumatına görə, bu barədə qərar Avropa Gimnastika İttifaqının (UEG) İcraiyyə Komitəsinin iclasında qəbul olunub. Bildirirlir ki, dəyişikliyə səbəb 2019-cu il mayın 29-da Bakıda Avropa Liqasının final oyununu keçirilməsidir.
Bədii gimnastika üzrə Avropa çempionatı öncədən nəzərdə tutulduğu kimi 31 may – 2 iyunda deyil, 16 – 19 mayda təşkil olunacaq. Aerobika üzrə yarışlar isə 24 - 26 mayda keçiriləcək. Daha əvvəl yarış 23 - 25 may tarixlərində nəzərdə tutulmuşdu.
Qeyd edək ki, 2019-cu ildə aerobika və bədii gimnastika üzrə Avropa çempionatlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərar bu ilin avqustunda (UEG) İcraiyyə Komitəsinin iclasında qəbul olunub.