Azərbaycanın qrup hərəkətləri komandası Yaponiyanın Kitakyuşu şəhərindəki bədii gimnastika üzrə dünya çempionatında çıxışını başa vurub.
Sportnet.az-ın məlumatına görə, Zeynəb Hümmətova, Ləman Əlimuradova, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət kollektiv həm 5 topla hərəkətdə, həm də 3 halqa və 2 cüt gürzlərlə hərəkətdə 6-cı yeri tutub.
-----------------------------------------
Azərbaycanın qrup hərəkətləri komandası Yaponiyanın Kitakyuşu şəhərindəki bədii gimnastika üzrə dünya çempionatının final mərhələsində 3 halqa və 2 cüt gürzlərlə hərəkətləri yerinə yetirib.
Sportnet.az-ın məlumatına görə, Zeynəb Hümmətova, Ləman Əlimuradova, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət kollektiv 38.650 xal toplayaraq, hələlik 3-cü pillədə yer alıb.
Qeyd edək ki, komanda 5 topla hərkətlərdə 6-cı yeri tutub.
-------------------------------------------
Azərbaycanın qrup hərəkətləri komandası Yaponiyanın Kitakyuşu şəhərindəki bədii gimnastika üzrə dünya çempionatının final mərhələsində 5 topla hərkətlərdə çıxışını başa vurub.
Sportnet.az-ın məlumatına görə, Zeynəb Hümmətova, Ləman Əlimuradova, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət kollektiv hakimlərdən 38.050 xal alaraq hələlik 2-ci pillədə qərarlaşıb.
Azərbaycan komandası az sonra 3 halqa və 2 cüt gürzlərlə hərəkətdə də final çıxışını yerinə yetirəcək.