Aprelin 22-də Bakıda start götürəcək bədii gimnastika üzrə Dünya Kuboku üçün Azərbaycan millisinin heyəti açıqlanıb.
Federasiyanın Mətbuat Xidmətindən Sportnet.az-a verilən məlumata görə, Milli Gimnastika Arenasında 3 gün təşkil olunacaq yarışda ölkəni fərdi proqramda Arzu Cəlilova, Zöhrə Ağamirova, qrup hərəkətləri proqramında isə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina təmsil edəcəklər.
Turnirdə 33 ölkədən 44-ü fərdi və 96-sı qrup komandasının (15 qrup) üzvü olmaqla 140 gimnast iştirak edəcək. Ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” kuboku təqdim olunacaq.
Bu, Bakıda bədii gimnastika üzrə təşkil olunacaq 9-cu Dünya Kuboku olacaq. Azərbaycan 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına da ev sahibliyi edib.