2036-cı il Yay Olimpiya və Paralimpiya Oyunları İndoneziyada keçirilə bilər.
Sportnet.az İndoneziya Milli Olimpiya Komitəsinə istinadən xəbər verir ki, ölkə Olimpiadanın Nusantarada təşkili üçün namizədliyini irəli sürəcək.
Komitə 2032-ci ildəki analoji yarışın təşkili üçün müraciət etsə də, Avstraliyanın Brisben şəhəri ilə rəqabətdə uduzub.
Qeyd edək ki, İndoneziyada paytaxtın Cakartadan Kalimantana köçürüləcəyi planlaşdırılır. Kalimantan isə Nusantara adlandırılacaq.