"Komandam oyuna çox yaxşı başladı. Hesabı da biz açdıq". Sportnet.az-ın məlumatına görə, bu sözləri Serbiya milli komandasının baş məşqçisi Radovan Curçiç Azərbaycan yığması ilə yoxlama matçından sonra deyib.
43 yaşlı mütəxəssis 4:1 hesabı ilə qalib gəldikləri matça belə şərh verib: "Birinci hissənin ortalarından etibarən futbolçularım oyun planına uyğun oynamadılar. Xüsusilə, yarımmüdafiədə yol verdiyimiz ciddi səhvlər Azərbaycan millisinin qol vurması ilə nəticələndi.
Fasilədən sonra artıq istədiyimiz oyunu göstərməyə başladıq. Meydana sonradan daxil olan futbolçular da oyuna yaxşı qoşuldular. Bu qarşılaşma bizim üçün hazırlıq baxımından əhəmiyyətli idi və səmərəli oldu. Qarşıda bizi Kopenhagendə Danimarka millisi ilə vacib oyun gözləyir. İnanıram ki, həmin oyunda da futbolçularım bu gün ikinci hissədə oynadığı kimi çıxış edəcək və qələbə qazana biləcəyik". (AFFA)
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |