Avro-2016-nın seçmə mərhələsində Norveç yığması Azərbaycan millisi ilə oyunöncəsi Serbiya ilə yoldaşlıq matçında qüvvəsini sınayıb və matç 0:0 hesabı ilə bitib. Sportnet.az-ın məlumatına görə, oyundan sonra Norveç millisinin futbolçusu Stefan Yohansen ölkənin futbol federasiyasının rəsmi saytına açıqlama verib.
25 yaşlı yarımmüdafiəçi qarşıdan gələn Azərbaycanla oyun haqda bunları deyib: "Azərbaycan millisi İsveçlə müqayisədə səviyyədə aşağıdır. Bu görüşün müqəddaratını həll edəcək şansı əldə ətmək üçün yaradıcı olmaq vacibdir. Oyunda sürətli çixiş etmək lazımdır".
Qeyd edək ki, Norveç - Azərbaycan görüşü 12 iyunda Bakı vaxtı ilə 23:45-də keçiriləcək.