1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycan velosipedçisindən ŞOKzədə
Azərbaycan velosipedçisi Maksim Averin "Bakı 2015" I Avropa Oyunlarında şosse növü üzrə kişilərin mübarizəsinə qatılmayıb. Sportnet.az-ın məlumatına görə, buna 30 yaşlı idmançının zədəsi səbəb olub.
"Mayda keçirilmiş "Tour d Azerbaidjan" yürüşündən sonra ayağında ağrılar hiss etməyə başlayan M.Averinin "Bakı 2015"də çıxış etməsi üçün xeyli səy göstərilib. Amma cəhdlər heç bir nəticə verməyib. Bu səbəbdən, Averinin yarışa buraxılmaması qərara alınıb" deyə qurumdan "Report"a bildirilib.
Aparıcı velosipedçinin yoxluğunda bütün ümidlər Elçin Əsədovla Samir Cəbrayılova yönəlib. Amma onların mükafatçılar sırasına düşmə şansları xeyli aşağı qiymətləndirilir.
Qeyd edək ki, kişi velosipedçilər arasında şosse yürüşünün startı saat 10:00-da Hökumət Evinin qarşısından verilib.