
UEFA Avropa Liqasının II təsnifat mərhələsində qarşılaşacaq "Qəbələ" ilə Serbiyanın "Çukariçki" klubu oyun üçün heyəti müəyyənləşdiriblər. Sportnet.az-ın məlumatına görə, bu barədə UEFA-nın rəsmi saytı xəbər verib.
Quruma göndərilən A vərəqində "Qəbələ"nin 19 futbolçusu yer alıb. "Çukariçki"ni isə ərizəsinə 22 futbolçu daxil edib.
Xatırladaq ki, "Qəbələ” ilə "Çukariçki” arasında ilk oyun iyulun 16-da, cavab matçı 23-də baş tutacaq. Komandamız ilk matçı səfərdə keçirəcək.
"Qəbələ"
Qapıçılar: 1. Andrey Popoviç 22. Dmitri Bezotosnı 30. Anar Nəzirov
Müdafiəçilər: 3. Vojislav Stankoviç 8. Məhəmməd Mirzəbəyov 15. Vitali Vernidub 20. Rikardinyo 21. Arif Daşdəmirov 34. Ürfan Abbasov 44. Rafael Santos
Yarımmüdafiəçilər: 5. Georgi Floresku 6. Rəşad Sadiqov 11. Asif Məmmədov 14. Cavid Hüseynov 19. Aleksey Qay 66. Samir Zərgərov
Hücumçular: 9. Sergey Zenyov 10. Dodo 69. Aleksey Antonov