1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Avropa çempionatına vəsiqə qazanmaq üçün çalışırıq"
AFFA-nın prezidenti Rövnəq Abdullayev "2015 - 2020-ci illərdə Futbolun İnkişafına dair" Dövlət Proqramı layihəsi barədə danışıb. Sportnet.az-ın "Report"a istinadən məlumatına görə, R.Abdullayev jurnalistlərə açıqlamasında Dövlət Proqramı layihəsində çox böyük işlərin nəzərdə tutulduğunu bildirib.
O deyib ki, əsas məqsəd qrupun 3 oyunu, eləcə də 1/4 final matçının Bakıda keçiriləcəyi 2020-ci il Avropa çempionatına Azərbaycan millisinin də vəsiqə qazanmasıdır: "Biz millimizi çempionata hazırlayaraq, Avropa çempionatına vəsiqə qazanması üçün çalışırıq. Bunu da proqram şəklində həyata keçirəcəyik".
Dövlət Proqramı layihəsində klublara maliyyə yardımının nəzərdə tutulduğuna dair xəbərlərə gəldikdə, R.Abdullayev bildirib ki, söhbət klubların təşkilatlanmasından, ictimaiyyətləşməsindən gedir: "Bunu neçə ildir deyirəm və üstündə də durmuşam. Artıq bəzi klublarımızın təşkilati forması dəyişdirilib və onlar ictimai təşkilata çevriliblər. Bu da sevindirici haldır. Gələcəkdə də bir neçə klub istisna olmaqla, əksəriyyəti ictimaiyyətləşəcək, həmin bölgənin ictimai klubuna çevriləcəklər. Bu zaman azarkeşlər də, ictimai dəstək də çox olacaq. Mən bunu normal qəbul edirəm. Bir nəfərin, bir şirkətin dəstəyi ilə fəaliyyət göstərən klubdansa, bütöv bir rayonun ictimai dəstəyi daha çox olar. Düşünürəm ki, bu istiqamətdə işlərimizi davam etdirəcəyik".
Qeyd edək ki, artıq "Neftçi", "Sumqayıt" və "Kəpəz" ictimai kluba çevrilib.