Bu gün AFFA-nın inzibati binasında Məşqçilər Komitəsinin üzvləri ilə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev arasında keçirilən görüşdə çempionatın təqvimi müzakirə olunub. Bu barədə Sportnet.az-a açıqlamasında Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov məlumat verib.
O bildirib ki, bu görüşdə yekun nəticə əldə olunmayıb və mövzular üzərində yenidən çalışmaq məsləhət bilinib: "İclasda təqvim və İcraiyyə Komitəsindən təklif olunan turnirlərlə bağlı söhbətimiz oldu. Fikir mübadiləsi apardıq, demək olar ki, fikirlər üst-üstə düşdü. Lakin məsləhət olundu ki, bir yerdə biraz da bu mövzuların üzərində işləyək və lazım olan səviyyə çatdıraq".