
Bu gün Avropa Liqasının III təsnifat mərhələsində cavab oyunları keçiriləcək. Sportnet.az-ın məlumatına görə, gecənin görüşlərindən 2-si Azərbaycan təmsilçilərinin iştirakı ilə baş tutacaq.
"Qəbələ" Bakıda Kiprin "Apollon" klubunu qəbul edəcək. "Bakcell Arena"da keçiriləcək matçda "qırmızı-qaralar" üstünlüyə malikdir. Azərbaycan təmsilçisi səfərdəki ilk görüşdən 1:1 hesablı bərabərliklə ayrıldığından, doğma meydanda qolsuz bərabərlik də baş məşqçi Roman Qriqorçukun komandasını növbəti mərhələyə yüksəldəcək. Qeyd etmək lazımdır ki, UEFA "Apollon"un Cavid Hüseynov haqda irəli sürdüyü iddiaları əsassız sayaraq futbolçuya heç bir cəza tətbiq etməyib və "Qəbələ"nin kapitanı baş məşqçinin istəyi daxilində bu gün də meydana daxil ola biləcək.
Bakının "İnter" klubu isə öz meydanında İspaniya "Atletik"ini qəbul edəcək. Paralel start götürəcək digər oyundan fərqli olaraq, burada qonaqlar üstünlüyə malikdir. Bilbaodakı 0:2 hesablı məğlubiyyət Zaur Svanadzenin komandasını Bakıda hücum futbolu oynamağa vadar edəcək. Paytaxt klubu mərhələ adlamaq üçün ən azı qapısını toxunulmaz saxlamaq şərtilə rəqibi 3 dəfə məyus etməlidir. Bu, "Atletik" kimi komandaya qarşı o qədər də inandırıcı görsənməsə də, hər halda "İnter"in maddi problemlərlə bu mərhələyə qədər irəliləməsini uğur hesab etmək olar.
Avropa Liqası, III təsnifat mərhələsi
Cavab oyunları
21:00. "Qəbələ" (Azərbaycan) - "Apollon" (Kipr) - 1:0
Qol: Cavid Hüseynov, 80-penalti ilə
Qırmızı vərəqə: Ürfan Abbasov, 90+1 (rəqibə zərbə endirdiyi üçün)
"Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 34. Ürfan Abbasov, 44. Rafael Santos, 21. Arif Daşdəmirov, 6. Rəşad Sadiqov, 14. Cavid Hüseynov (k), 19. Aleksey Qay, 9. Sergey Zenyov, 10. Dodo, 69. Aleksey Antonov
Ehtiyat oyunçular: 33. David Petrjkieviç, 8. Məhəmməd Mirzəbəyov, 15. Vitali Vernidub, 7. Ermin Zets, 4. Elvin Camalov, 11. Asif Məmmədov, 66. Samir Zərgərov
"Apollon": 83. Bruno Vale, 2. Elizio, 3. Nunu Lopes, 4. Freyra, 14. Simoes Jeyme, 5. Esteban Saçetti, Markos Qullon, 10. Aleks, 17. Joao Pedro, Fotis Papoulis (k), Kolokoudias
Ehtiyat oyunçular: Hidi, Angeli, Stulianou, Farley, Veeler, Thuram, Abraham
Hakimlər: Duarte Nunu Pereyra Qomes, Luiş Andre Ferreyra Pintu Kampuş, Venansio Manuel Raposo Batista Tome (Portuqaliya)
Dördüncü hakim: Bruno Miguel Duarte Paixao (Portuqaliya).
UEFA nümayəndəsi: Vladislav Kodev (Rusiya).
Hakim-inspektor: Fraqutin Karlo Polyak (Xorvatiya).
Bakı. "Bakcell Arena"
İlk oyun: 1:1
21:00. "İnter" (Bakı, Azərbaycan) - "Atletik" (Bilbao, İspaniya) - 0:0
"İnter”: Səlahət Ağayev (k), Laşa Kasradze, Zurab Xizanişvili, Denis Silva, Nizami Hacıyev, İlkin Qırtımov, Nika Kvekveskiri, Fuad Bayramov, Rauf Əliyev, Mirhüseyn Seyidov, Diaqo Martins
Ehtiyat oyunçular: Giorgi Lomaya, Xuanfran, Mirsayib Abbasov, Mansur Nahavandi, Fomenko , Abdullayev, Polyak
"Atletik": Laqo Herrerin, Xavier Etxeyta, Laporte, Mikel Belenziaqa, San Xose, Xavier Eraso, Benat Ekçeberiya, Oskar de Markos, Markel Susaeta (k), Aketxe, Aritz Aduriz
Ehtiyat oyunçular: Qorka İraizoz, Eneko Boveda, Karlos Gurpegui (k), Elustondo, İbai Gomez, Viquer, Merino
Hakimlər: Sərdar Gözübüyük, Bas van Dongen, Patrik Lanqkamp (Hollandiya)
Dördüncü hakim: Dennis Higler (Hollandiya).
UEFA nümayəndəsi: George Fantaros (Kipr).
Hakim-inspektor: Kostadin Gerginov (Bolqarıstan)
Bakı. "İnter Arena"