1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Türkiyə şərhçiləri Tofiq Bəhramovu məsxərəyə qoydu
Türkiyənin "NTV Spor" telekanalında yayımlanan "Qol" verilişində azərbaycanlı mərhum FİFA hakimi Tofiq Bəhramovun ünvanına xoşagəlməz ifadələr səsləndirilib. Sportnet.az-ın məlumatına görə, Emek Ege və Güntekin Onayın aparıcısı olduğu proqramda Dieqo Maradonanın 1986-cı il dünya çempionatının 1/4 finalında İngiltərənin qapısına əllə vurduğu qoldan söhbət düşüb.
Həmin qolu saymayan tunisli referi Əli ben Naserin günahı bolqarıstanlı yan xətt hakimində görməsi vurğulandıqda Bəhramov xatırlanıb. DÇ-1966-nın final matçında İngiltərənin Almaniyanın qapısına vurduğu zərbəni qol kimi hesaba alan həmyerlimizin soyadını dəqiq söyləməkdə çətinlik çəkən aparıcılar arasında belə bir dialoq yaşanıb:
Emek Ege: "1966-cı il dünya çempionatında "Xətti keçib-keçmədi" deyə mübahisələrə səbəb olan bir qol var..."
Güntekin Onay: "Bəli, azəri hakim... Tofiq..."
- Bayramov. Bayramovmu, Bəhramovmu?
- Bəhramov.
- Adı Bakıdakı stadiona verilib.
- Sanki çox önəmli bir iş görübmüş kimi, deyilmi? (gülürlər - red.) Xətti keçməyən topu qol sayıb.
- Səncə, o top xətti keçmədimi?
- Məncə, o epizodda qol yoxdur.
- Heç bəlli olmur. Mən zərbənin müəllifi, ingiltərəli futbolçu Joff Hörstlə danışmışdım. Qətiyyətlə "keçmişdi" deyirdi. Hər halda ingilislər belə düşünür.