Bu zaman hamı onların elə konfrans zalındaca dalaşmağa hazır olduqlarını zənn edib. Bir neçə dəqiqəlik qəzəbli baxışmanın ardından döyüş təşkilatçıları onları çətinliklə ayırıblar. Lakin ağır çəkili idmançılar Sportnet.az-ın bu olayla bağlı sualını cavablandırarkən də bir-birilərinə atmacadan çəkinməyiblər. Mərakeşli döyüşçü deyib: "Sadəcə, mən onun üzünə baxdım və demək istədim ki, görərsən sabah nə olacaq".
Misirli rəqibin də cavabı gecikməyib: "Mən həmişə döyüşə hazıram. Ona mesajımı sabah yollayacağam. Əminəm ki, siz də burada olacaqsınız və nə baş verdiyini görəcəksiniz".
Qeyd edək ki, iyunun 29-da Qəbələ Olimpiya Kompleksində keçiriləcək döyüş saat 17:00-da başlanacaq.