
Daha sonra A.Konte jurnalistlərin suallarını cavablandırıb.
- Azərbaycana qarşı aqressiv, yoxsa səbrli İtaliya görəcəyik?
- Rəqib olduqca çətindir. Son oyunlardan belə nəticəyə gəlmək olar ki, Azərbaycanda yeni baş məşqçi nəyəsə nail olub. Ümid edirik ki, bu oyunda qəələbə qazanaraq istəyimizə nail olacağıq.
- Pirlonun yoxluğu necə təsir edəcək və hansı taktikadan istifadə edəcəksiniz?
- Pirlo bizim üçün önəmli futbolçudur. Ancaq sabahkı oyunda bu yoxluğu hiss etməməyə çalışacağıq. Taktikaya gəlincə, futbolçularımız istedadlıdır və bir neçə taktika ilə çıxış edə bilərik.
- 3-5-2, 4-3-3 və 4-4-2 taktiası ilə oynayırsınız. Demək olarmı ki, bir futbolçu bir neçə yerdə oynayır?
- Bizim futbolçular hər mövqedə oynamağa hazırdır. Çalışacam ki, oyun ərzində yeniliklər edərək komandanın yaxşı cəhətini göstərək.
- İtaliya Futbol Federasiyasının Prezidenti bildirib ki, sizin qalmağınızdan razı olardılar. Bu getməyinizdən xəbər verir?
- Bizim 2 məqsədimiz var. Birinci qrup mərhələsinə vəsiqə qazanmaq, ikincisi qrupda yüksək nəticə qazanmaq. Federasiya prezidentinə təşəkkür edirəm ki, işimizi dəyərləndirir.
- İtaliya millisi 48 oyndur məğlub olmur. Sabahkı oyunda bu tilsim sına bilər?
- Çalışacağıq ki, bu seriyanı davam etdirək. Amma qeyd etməliyəm ki, yeni stadionda çoxlu azarkeş qarşısında ilk oyun keçiriləcək. Çalışacağıq ki, sürprizə imkan verməyək. Təbii ki, hər iki komandanın futbolçuları eyni səviyyədə deyil. Amma rəqibi qiymətləndiririk və çətin oyun olacaq.