1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Vahabzadə istefaya şərtlə razılaşdı
"Ötən oyun böyükhesablı məğlubiyyətə uğradığımız üçün komandada psixoloji vəziyyət yaxşı deyildi. Futbolçularla istər fərdi, istərsə də komanda şəklində söhbətlər apardıq. Bugünkü oyun göstərdi ki, komandada qələbə istəyi vardı və futbolçular əzmlə mübarizə apardılar". Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Yaşar Vahabzadə Finlandiyaya 0:1 hesabı ilə uduzduqları AVRO-2017-nin seçmə qrup matçından sonra deyib.
Vahabzadə oyun keyfiyyəti baxımından rəqibdən geri qalmalarını xeyli sayda zədəli futbolçularının olması ilə əlaqələndirib: "Heyətdəki çətinliklərlə bağlı hücum planında istədiyimiz oyunu nümayiş etdirə bilmədik. Hətta bu oyunda start heyətin heç bir futbolçusu əvəz olunmadı. Çünki hücumda daha yaxşı oynamağa ehtiyacımız olsa belə, ehtiyat oyunçular skamyasındakı futbolçuların hamısı müdafiəyəmeyilli oyunçular idi”.
Futbolxeber.az-ın məlumatına görə, baş məşqçi mümkün istefası barədə də danışıb: "Əgər işləyirsənsə, səhv olacaq. Təbii ki, mənim də səhvlərimiz var. Hər kəsin öz fikri var, hamının fikirlərinə hörmətlə yanaşıram. AFFA rəhbərliyi ilə görüşümüz olacaq. 2 oyunla bağlı hesabat verəcəyəm. Onlar da öz fikirlərini bildirəcəklər. Mənim istefamla nəsə düzələcəksə, olsun”.