
Futbol üzrə Azərbaycan milli komandasının əsas qapıçısı Kamran Ağayev Türkiyə I Liqasında mübarizə aparan "Karşıyaka"nın heyətində növbəti oyununa çıxıb. Sportnet.az-ın məlumatına görə, XII tur qarşılaşmasında rəqib "Giresunspor" olub.
Giresun Atatürk stadionunda keçirilmiş matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1. Əsas heyətdə meydana çıxan Ağayevin qapısından ilk topu 67-ci dəqiqədə öz komanda yoldaşı Mehmet Akgün keçirib. 81-ci dəqiqədə Alaattin Tosun, 81-ci dəqiqədə isə Vedat Muriqi keçirib. "Karşıyaka"nın yeganə qolunun müəllifi isə 32-ci dəqiqədə Ömər Can Sokullu olub. 75-ci dəqiqədə "Giresunspor"un futbolçusu Husamettin qırmızı vərəqə alıb. Meydan sahibləri qələbə toplarını məhz azlıqda qaldıqları vaxt vurblar. 
Bu nəticədən sonra "Giresunspor" xallarını 18-ə çatdıraraq, 5-ci pilləyə yüksəlib. Cəmi 12 xala malik "Karşıyaka" isə 14-cü pilləyə enib.    









                 





    
    
    
    
    
    
    
    
    






















































