1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycan idmançılarından 3-ü dünyada liderdir
Beynəlxalq Güləş Federasiyaları Assosiasiyası (FİLA) iyul ayı üçün sərbəst, yunan-Roma və qadın güləşi üzrə reytinq siyahısını açıqlayıb. Sportnet.az-ın Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, pəhləvanlarımızdan siyahıya daha çox sərbəst güləşçilər düşüblər.
Onlar 9 nəfərdirlər. 61 kq çəki dərəcəsindəki təmsilçimiz Hacı Əliyev yenə 1-ci pillədəki yerini qoruyub. Əhmədnəbi Qvarzatilov isə 1 pillə irəliləyərək, 7-ci mövqedə qərarlaşıb. Digər çəkilərə gəldikdə, 70 kq-da Ruslan Dibirhacıyev 2-ci, 97 kq-da Xetaq Qazyumov və Şərif Şərifov 3-cü pillədəki mövqelərində qalıblar. 74 kq-da 3-cü mövqedəki Cəbrayıl Həsənov 1 pillə, 125 kq-da 4-cü yerdəki Əli İsayev və 5-ci yerdəki Cəmaləddin Məhəmmədov hərəyə 2 pillə, 86 kq-da 7-ci mövqedəki Həmzət Osmanov isə 5 pillə irəliləyib.
Yunan-Roma güləşçilərimizdən siyahıda 8-i yer alıb. Onlardan ən yüksək nəticə 2-ci pillədəki mövqelərini qoruyan Həsən Əliyev (66 kq) və Rəsul Çunayevə (71 kq) məxsusdur. 75 kq-dakı təmsilçimiz Elvin Mürsəliyev 6-cı pillədə qalıbsa, 59 kq-da Kamran Məmmədov (12) 4 pillə, 80 kq-da Rafiq Hüseynov (15) 3 pillə, 85 kq-da Saman Təhmasizi (10) 1 pillə, Şəhriyar Məmmədov (11) 2 pillə, 130 kq-da Sabah Şəriəti (14) 3 pillə geriləyib.
Qadın güləşçilərin reytinq siyahısında isə 5 pəhləvanımız var. Onlardan 60 kq-da mövqeyini qoruyan Yuliya Ratkeviç və 48 kq-da 1 pillə irəliləyən Mariya Stadnik siyahıya başçılıq edirlər. Əvəzində 53 kq-da Patimat Baqometova (15) 5 pillə, 58 kq-da İrina Netreba (6) 1 pillə geriləyib, 69 kq-dakı Raqnetta Qurbanzadə isə 18-cidir.