1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Platini FİFA prezidenti olmaq istəmədi
İstənilən futbol fəaliyyətindən 8 il müddətinə kənarlaşdırılmış UEFA-nın sabiq rəhbəri Mişel Platini FİFA prezidenti seçkisinə namizədliyini geri götürüb. Sportnet.az-ın məlumatına görə, fransalı funksioner "L Equipe" nəşrinə açıqlamasında bütün diqqətini ittihamlarla mübarizəyə yönəltmək istədiyini bildirib.
O deyib: "Blatter gedəndə məni 100 milli federasiya dəstəklədi, 50-dən isə rəsmi məktub aldım. İndi mən başqa şey haqda düşünməliyəm. Tezliklə Beynəlxalq İdman Arbitraj Məhkəməsində və Domeniko Skalanın rəhbərliyi altında komissiyada araşdırma aparılacaq".
Platini 2011-cii ildə qeyri-qanuni olaraq, 2 milyon İsveçrə frankı almaqda şübhəli bilinir. Köçürməni FİFA-nın sabiq prezidenti Yozef Blatter edib. Blatter də futbolla bağlı bütün fəaliyyətdən kənarlaşdırılıb. Hər iki məmur qərardan İdman Arbitraj Məhkəməsinə şikayət edəcəklərini açıqlayıb.
Qeyd edək ki, FİFA prezidenti seçkisi fevralın 26-da İsveçrənin Sürix şəhərində keçiriləcək.