
Azərbaycanlı iş adamı bildirib ki, artıq Fransada "Lans" və İspaniyada "Atletiko" ilə sponsorluqlar qurulub. "Şeffild Uensdey"ə sahiblik isə Azərbaycanın "polad şəhəri"ndə, futbolun oynanılmağa başladığı ölkədə tutduğu yeri göstərir: "Ölkəmizin qlobal nüfuzunun dünyaca məşhur olan klubla əməkdaşlıq sayəsində də yüksələcəyinə inanıram".
"Şeffild Uensdey"in prezidenti Milan Mandariç isə "Azerbaijan Land of Fire" brendini klubun yeni forma sponsoru elan etməkdən xeyli məmnun olduqlarını bildirib. Onun sözlərinə görə, klub bu sponsorluqdan böyük məbləğdə əlavə qazanc əldə edəcək: "Lans" və "Atletiko"dakı kimi brend bizi yeni əraziyə aparacaq. Futbolçuların yeni formaya qovuşacaqları anı səbirsizliklə gözləyirəm. Əminik ki, bizi irəlidə unudulmaz mövsüm gözləyir".
Qeyd edək ki, "Şeffild Uensdey" yeni formanı ilk dəfə sabah "York Siti" ilə yoldaşlıq görüşündə geyinəcək. Azarkeşlər komandanın ev geyimlərini iyulun 13-dən əldə edə biləcəklər. Səfər geyimi isə gələn həftə təqdim olunacaq.