Bu gün "Sərhədçi" Olimpiya İdman Mərkəzində Heydər Əliyevin xatirəsinə "Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsinə həsr olunmuş mətbuat konfransı keçirilib. Sportnet.az-ın məlumatına görə, tədbirdə Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) prezidenti Nenad Laloviç jurnalistlərin suallarını cavablandırıb...
- Sonuncu dəfə mən burada 2 il öncə olmuşam. Şəhər tamamilə dəyişir. İndi qaldığım mehmanxana 2 il öncə yox idi. Mən burada yeni yolların, küçələrin şahidi oldum. Şəhərin infrasturukturuna gəldikdə, deyə bilərəm ki, Azərbaycan güləşi necə inkişaf edirsə, şəhər də o cürdür. Azərbaycanda güləş inkişaf edir və belə bir nəticələrlə artıq beynəlxalq səviyyəyə yüksəlib.
- Bir çox idman növlərində güclü, titullu idmançıları paylaşdırırlar. Güləşdə də belə bir sistemi tətbiq etmək olarmı ki, güclülər kor püşkə görə bir-birilə erkən final yaşamasın?
- Son vaxtlar müxtəlif ittihamlar irəli sürülür. Buna görə istər FİLA, istərsə hakim və komandalar tərəfindən hər hansı müdaxilənin qarşısını almaq üçün biz tam şəffaf iş görmək məcburiyyətindəyik. Siz püşkatmada iki güclünün bir yerdə düşdüyünü qeyd etdiniz. Bunun tək məqsədi hər hansı yollarla arzuolunmaz hərəkətlərin qarşısını almaqdır. Real yarışlar keçirildikdən sonra biz onların nəticələrini araşdırırıq. Eyni zamanda maliyyə baxımından güclü olmayan güləş federasiyaları da əziyyət çəkir. Çünki onlar hər yarışa güləşçi göndərə bilmir. Biz güləşə marağı artırmalıyıq.
- Güləşdə də futboldakı kimi klublar və Çempionlar Liqası, Avropa Liqası kimi turnirlər yaratmaq olar?
- Elə bil məsələdir ki, buna qayıtmağı düşünürük. Hər hansı bir ölkənin daxilində milli yarışlar keçirilir. Ancaq başqa ölkədə onlar fərqlənir. Buna görə də biz çətinliklərlə üzləşirik. Siz FİLA-nın yeni adının nə olacağını bilirsiniz? United World Wrestling (UWW).
- Futbolda FİFA və UEFA olduğu kimi, güləşdə də biz daha çox FİLA-nı tanıyırıq. Ancaq Avropa güləşi ilə bağlı fəaliiyət göstərən SELA ilə bağlı çox az məlumat var. Onun gələcək planlaır ilə bağlı məlumat verərdiniz...
- SELA - birləşmiş güləş növlərinin Avropanı əhatə edən qurumudur. Bu da FİLA-nın tərkibində fəaliyyət göstərir. Futbolda isə bu başqadır, yəni özünü maliyyələşdirmək məsələsi var.
Rövşən ƏHLİMANOĞLU