1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Antonio Konte: "Pirlo Azərbaycanla oyuna çağırıla bilər"
"Yuventus"un futbolçusu Andrea Pirlo İtaliya yığmasına çağırılma şansını hələ itirməyib. Sportnet.az-ın məlumatına görə, bu barədə "Skuadra Adzurra"nın baş məşqçisi Antonio Konte açıqlama verib.
Azərbaycan və Malta ilə AVRO-2016-nın seçmə qrup matçları öncəsi mətbuat konfransı keçirən Konte Pirlonun zədəli Marko Verrattinin yerinə milliyə dəvət edilməsinin mümkünlüyünü bildirib. O deyib ki, PSJ-də çıxış edən 22 yaşlı yarımmüdafiəçi dünən "Monako" ilə Fransa çempionatı matçında sağ topuq nahiyəsindən xəsarət alıb.
Baş məşqçi Verrattinin bərpa olunmayacağı təqdirdə, təcrübəli Pirlonu çağıracağını bildirib: "Andrea hərtərəfli gərəkli futbolçudur. Onun millidə yerinə hər zaman zəmanət var".
Konte, həmçinin Mario Balotelliyə dəvət göndərməməsinin səbəbini açıqlayıb: "O, yeni kurs götürüb. Gəlin, Marioya "Liverpul"da uğurlu çıxışı və İngiltərə Premyer Liqasına inteqrasiyası üçün vaxt verək. Biz xarici çempionatlardakı futbolçularımızı da izləyirik. Dəvət göndərərkən, heç bir istisnaya yol vermirəm".
Qeyd edək ki, İtaliya yığması millimizi oktyabrın 10-da Palermoda qəbul etdikdən 3 gün sonra Maltanın qonağı olacaq. Andrea Pirlo "Skuadra Adzurra"nın heyətində ilk oyununu 2002-ci il sentyabrın 7-də məhz komandamıza qarşı keçirib.