"Azərbaycan yığmasını taktiki cəhətdən incələmişik. Amma bu haqda burda danışmaq istəmirəm. Oteldə futbolçularıma bu barədə öz fikirlərimi çatdıracağam”. Bunu Xorvatiya millisinin baş məqşçisi Niko Kovaç sabah keçirəcəkləri Avropa çempionatının seçmə mərhələsinin Azərbaycan yığması ilə oyunu öncəsi deyib.
O, komandamız barədə bilgiləri son oyunlara əsasən topladığını bildirib: "Azərbaycanda oynayan futbolçularla əlaqə saxlamamışam. Sadəcə olaraq sizin yığmanın son oyunlarına baxmışam. Buna əsasən yığmanız haqqında məlumat toplamışam. Berti Foqtsla Sankt-Peterburqda keçirilən FİFA-nın son Konqresində üz-üzə gəlmişik. Onunla yaxşı görüşümüz oldu. Foqtsla söhbət etdik. Onunla Azərbaycan futbolunun indiki durumu haqqında danışdıq”.

Kovaç yığmamızın əks-hücumlarda təhlükəli ola biləcəyini də qeyd edib: "Azərbaycan yaxşı müdafiə olunmağı bacarır. Bizi əks-hücumlarda yaxalamağa çalışacaqlar. Ona görə də diqqətli olmalıyıq. Berti Foqtsun sözlərinə mən də qatılıram. 2 gündən bir oyun keçirmək bizim üçün də ağırdır. Amma buna öyrəşməliyik. Biz bu 2 oyundan 6 xal götürməyi qarşımıza məqsəd kimi qoymuşduq. Azərbaycanla oyun yeni bir matçdır. Bolqarıstanla matçı unudub sabahkı oyuna köklənməliyk”.
Qeyd edək ki, Xorvatiya – Azərbaycan oyunu sabah Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.