Türkiyə Super Liqasının VIII
turu çərçivəsində keçirilən "Qalatasaray” – "Kasımpaşa” oyunundan sonra xoşa
gəlməz hal yaşanıb. Sportnet.az-ın məlumatına görə, Türk Telekom Arenasının
təhlükəsizlik işçiləri oyundan sonra aksiya keçiriblər.
Belə
ki, stadionun təhlükəsizlik işçiləri bir neçə oyundur pullarını ala
bilmədiklərini əsas gətirərək meydana çıxaraq öz etirazlarını bildirmək
istəyiblər. Bu vaxt klubun təhlükəsizlik işçiləri onlara mane olmağa çalışarkən
aralarında dava düşüb. Onlardan bir neçəsi meydana girməyə nail olub.
Etirazçılardan
biri eplepsiya keçirib və o təcili tibbi yardımla xəstəxanaya yola salınıb.
Qeyd edək ki, "Qalatasaray” – "Kasımpaşa” matçı 2:1 meydan sahiblərinin qələbəsi ilə başa çatıb.