Azərbaycan milli komandasının
heyəti açıqlanıb. Sportnet.az-ın məlumatına görə, AVRO-2016-nın seçmə mərhələsi
çərçivəsində Norveç yığması ilə qarşılaşacaq millinin heyətinə 25 futbolçu
çağırılıb. Bu futbolçular noyabrın 16-da "Bakcell
Arena”da baş tutacaq görüşün hazırlıqlarında iştirak edəcək. Sabah
start götürəcək hazırlıqlarda yeni simalar da yer alıb. Belə ki, baş məşqçi səlahiyyətlərini icra
edən Mahmud Qurbanov milliyə yeni futbolçu - "Simurq” klubunun futbolçusu Rəşad Eyyubovu da dəvət edib. Rəşad Eyyubov
Premyer Liqanın bombardiridi.
Qurbanov Foqtsun dönəmində yığmadan kənarlaşdırılan Mahir Şükürovla Vaqif
Cavadovu da toplanışa çağırıb.
Mahmud Qurbanov ehtiyat siyahıya daha 5 futbolçu daxil edib.
|
Kamran Ağayev |
Qəbələ |
|
Səlahət Ağayev |
İnter |
|
Emil Balayev |
Neftçi |
|
Rəşad Sadıqov |
Qarabağ |
|
Bədavi Hüseynov |
Qarabağ |
|
Rasim Ramaldanov |
Xəzər Lənkəran |
|
Elvin Yunuszadə |
Neftçi |
|
Mahir Şükürov |
Karşiyaka (Türkiyə) |
|
Maksim Medvedev |
Qarabağ |
|
Tərlan Quliyev |
Qarabağ |
|
Maqomed Mirzabekov |
İnter |
|
Rahid Əmirquliyev |
Xəzər Lənkəran |
|
Ruslan Abışov |
Qəbələ |
|
Qara Qarayev |
Qarabağ |
|
Mirhüseyn Seyidov |
Neftçi |
|
Cavid Hüseynov |
Qəbələ |
|
Araz Abdullayev |
Neftçi |
|
Cavid İmamverdiyev |
Elazığspor (Türkiyə) |
|
Dmitri Nazarov |
Karlsruher SC (Almaniya) |
|
Rəhman Hacıyev |
Gaziantep B.Ş.B.S. (Türkiyə) |
|
Vaqif Cavadov |
Gaziantep B.Ş.B.S. (Türkiyə) |
|
Vüqar Nadirov |
Qarabağ |
|
Rauf Əliyev |
Xəzər Lənkəran |
|
Maqomed Kurbanov |
Sumqayıt |
|
Rəşad Eyyubov |
Simurq |
|
Ehtiyat oyunçular |
|
|
Elnur Allahverdiyev |
Neftçi |
|
Vurğun Hüseynov |
Sumqayıt |
|
İlkin Qırtımov |
Simurq |
|
Nizami Hacıyev |
İnter |
|
Namiq Ələsgərov |
Qarabağ |
Qeyd edək ki, "Qarabağ” klubunun oyunçuları toplanışda noyabrın 7-dən, Mahir Şükürov, Cavid İmamverdiyev, Dmitri Nazarov, Rəhman Hacıyev və Vaqif Cavadov isə noyabrın 10-dan etibarən iştirak edəcəklər.








































































