"UEFA-nın
qərarı sürpriz oldu. Çünki hamı gördü ki, Serbiya-Albaniya matçında
tribunadakılar meydana axışaraq, futbolçuları döyməyə başladılar”. Bunu
"Azərbaycanın "Qarabağ” klubunda çıxış edən Albaniya
milli komandasının futbolçusu Ansi Aqolli deyib.
32 yaşlı yarımmüdafiəçi
bildirib ki, Serbiya yığması ilə oktyabrın 14-də Belqraddakı "Partizan”
stadionunda keçirilmiş AVRO-2016-nın seçmə matçında baş verənlərdə Albaniya
millisinin heç bir günahı yoxdur. Bu səbəbdən, Aqolli komandasının hesabından 3
xalın silinməsini doğru hesab etməyib: "Bu hadisə baş verənədək qolsuz heç-heçə
idi. Hətta 1 xal da bizim üçün böyük əhəmiyyət daşıyırdı. Amma UEFA 3 xalımızın
silinməsinə qərar verdi. Apelyasiyamıza müsbət cavab verilməsə, bu, komandamıza
qrup mərhələsində böyük problem yaradacaq. İndi biz UEFA İntizam Komitəsinin
qərarından apelyasiyanın nəticəsini gözləməliyik. Ümid edirəm ki, UEFA öz
qərarını dəyişdirəcək”.
Qeyd edək ki, Serbiya - Albaniya matçının 41-ci
dəqiqəsində "Partizan” stadionuna pilotsuz helikopterlə "Böyük Albaniya”
bayrağı endirilib. Bayrağa serbiyalı futbolçular kəskin reaksiya veriblər.
Onlar bayrağı tutub yerə atmaq istərkən, albaniyalı futbolçular buna etiraz
ediblər. Nəticədə iki komanda futbolçuları arasında toqquşma baş verib. Olaya
tribunadakı serbiyalı azarkeşlər də qarışıblar. İnsidentlə əlaqədar ingiltərəli
referi Martin Atkinson oyunu dayandırıb. UEFA İntizam Komitəsi Albaniyaya
texniki məğlubiyyət və 100 min avro cərimə kəsib. Serbiya yığmasının hesabından
da 3 xal silinib və növbəti 2 ev oyununun azarkeşsiz keçirilməsinə dair qərar
verilib. (Report.az)
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |