Türkiyə PTT I Liqasında geridə
qalan 9 həftə ərzində 4 baş məşqçi ilə 4 xal toplaya bilən komanda diqqət mərkəzinə
düşüb. Sportnet.az-ın məlumatına görə, bu millimizin sabiq futbolçusu Branimir Subaşiçin də şərəfini qoruduğu "Orduspor” klubudur.
Mövsümə baş məşqçi Fikrət Yılmaz
ilə başlayan komanda ilk 3 həftədə 1 qalibiyyət, 3 məğlubiyyət alaraq aktivinə
3 xal yaza bilib.
Liqanın 4-cü həftəsində səfərdə
"Elazığspor”a 3:0 uduzduqdan sonra istefa verən Yılmazın yerinə komandaya Erkan
Sözeri başçılıq etdi. Lakin o komandasını bir oyuna çıxara bildi.
Sözerinin başçılığı altında "Karşıyaka”
ilə ev oyununda 1:1 heç-heçə edən komanda 1 xalı aktivinə yazmağı bacardı. Buna
baxmayaraq oyundan sonra Sözeri ilə yollarını ayıran Qaradəniz təmsilçisi onun
yerinə Səbahəttin Albayrakı gətirdi.
Albayrakın vaxtında 3 oyuna
çıxan komanda məğlubiyyətlə üzləşdi.
Alınan nəticələrdən sonra Albayrakla
da yollarını ayıran "Orduspor” baş məşqçi yerinə Levent Devrimi gətirsə də onun
rəhbərliyi altında çıxtığı ilk oyunda məğlub oldu.
Dörd fərqli məşqçi ilə 9 oyuna
çıxan komanda 4 xalla liqada sonuncu yerdə qərarlaşıb.
"Orduspor” klubunun 4 fərqli
məşqçi ilə çıxdığı oyunların nəticələri:
"Orduspor” – "Kayserispor” – 0:1 (Fikrət Yılmaz)
"Adanaspor” – "Orduspor” – 2:4 (Fikrət Yılmaz)
"Orduspor” – "Antalyaspor” – 1:4 (Fikrət Yılmaz)
"Elazığspor” – "Orduspor” – 3:0 (Fikrət Yılmaz)
"Orduspor” – "Karşıyaka” – 0:0 (Erkan Sözeri)
"Şanlıurfaspor” - "Orduspor” – 2:1 (Səbahəttin Albayrak)
"Osmanlıspor” – "Orduspor” – 3:0 (Səbahəttin Albayrak)
"Orduspor” – "Qaziantep BB” – 0:2 (Səbahəttin Albayrak)
"Manisaspor” - "Orduspor” – 1:0 (Levent Devrim)