
Noyabrın 20-də Bakıda işə başlayacaq
Avropa Olimpiya Komitəsinin (EOC) Baş Assambleyasında Ermənistan da təmsil
olunacaq. Bu barədə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti
Çingiz Hüseynzadə məlumat verib.
Ç.Hüseynzadənin sözlərinə görə, toplantıya EOC-a üzv
olan bütün ölkələrin Milli Olimpiya komitələrindən nümayəndələr qatılacaqlar. Onların
arasında Ermənistan Milli Olimpiya Komitəsinin rəsmiləri də olacaq. Lakin
vitse-prezident deyib ki,qonşu ölkədən Bakıya kimlərin gələcəyi hələ
bilinmir.
Qeyd edək ki, Bakıdakı toplantı 4 gün davam edəcək. (Report.az)